Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, telefon danışığında Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin aktual məsələləri, xüsusilə də ticari-iqtisadi əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.