11 Mart 2016 16:47
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 15-də Azərbaycan hökuməti Milli Məclisdə hesabat verəcək. Millət vəkilləri hökumətin 2015-ci ildə fəaliyyətini qiymətləndirəcək. Bəzi deputatlar artıq indidən hökumətin hesabatına münasibətini ifadə edib. Qeyd edək ki, hökumətin hesabatı deputatlara təqdim edilib və bu hesabatda hansı sahəyə nə qədər maliyyə ayrıldığı, hansı istiqamətlərin prioritet olduğu qeyd edilir.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat çox geniş və əhatəli hazırlanıb. Onun sözlərinə görə, hesabatın makroiqtisadi, maliyyə, pul və bank fəaliyyətinə, sosial məsələlərə, xarici iqtisadi fəaliyyətə həsr olunmuş hissələri analitik yanaşma baxımından, həm də sözügedən sahələr üzrə aktual məsələlər ətrafında fikirləşmək üçün zəngin material verir: “Hesabatda 2015-ci ildə Nazirlər Kabinetinin həm sadalanan sahələr üzrə, həm də funksional baxımdan gördüyü işlər yetərincə öz əksini tapıb. Onların arasında neftin qiymətinin 4 dəfəyə yaxın aşağı düşdüyü, bunun müqabilində gəlirlərimizin də kəskin surətdə azaldığı və qlobal təsirlərin Azərbaycan iqtisadiyyatına təzyiqinin gücləndiyi şəraitdə qeyri- neft sektorunda yüksək artıma nail olunmasını, inflyasiyanı gözlənildiyindən aşağı, büdcə kəsirinin təhlükəsiz səviyydə saxlanılmasını müsbət qiymətləndiririk”.

Millət vəkili deyib ki, hesabatın müzakirəsi zamanı bir sıra təkliflər irəli sürməyi düşünür. Onun fikrincə, 2015-ci ilin hesabatına postneft dövrü və manatın devalvasiyalarından sonra yaranmış yeni situasiya prizmasından yanaşmaq şərtilə bir sıra addımların atılmasını məqbul hesab edir: “Birincisi, postneft dövrünə keçid və manatın devalvasiyalarından sonra yaranmış yeni situasiya obyektiv surətdə tələb edir ki, 2015-ci ilin hesabatı “neft bumu” yaşadığımız illərin hesabatından fərqlənsin. Ona görə də gələn ildən Nazirlər Kabinetinin hesabatında ölkədə həyat keçirilən islahatlar və onların ilkin nəticələrinə xüsusi yer verilməsini zəruridir”.

Deputat qeyd edib ki, hökumətin hesabatında 21 dekabr devalvasiyası ilə bağlı məqamlarda yer alıb. Onun sözlərinə görə, Nazirlər Kabinetinin fəaliyytində, bir tərəfdən, Prezidentin islahatlar konsepsiyasınında nəzərdə tutulan makroiqtisadi və maliyyə bazarının sabitliyinin, eləcə də, manatın dayanıqlılığının təmin edilmsi, idxaldan asılılığın azaldılıb minimuma endirilməsi, ixracın təşviqləndirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi,sosial proseslərin tənzimlənməsinin səmərəliliyinin artırılması və sair istiqamıtlərdə atılan addımların daha dolğun həyata keçirilməsinin sürətləndirilməsində də daha geniş miqyaslı iştirak, digər tərəfdən isə məşğulluğun artırılması və əhalinin güzaranının pisləşməsinin qarşısının alınması istiqamətində səylərin artırılması prioritet olmalıdır. Millət vəkilinin eyni zamanda qeyd etdiyinə görə, islahatların əsas ağırlığı bir nəfərin-Prezidentin üzərindədir. Hesab edirəm ki, hökumət bu ağırlığın onun payına düşməli hisssəsini öz üzərinə götürüb, həm də uğurla daşıya bilmsindən ötrü, digər məlum şərtlərlə yanaşı həm də “çevik hökumət” modelinə keçilıb, Nazirlər Kabinetinin öz səlahiyyətləri çərçvısində koordinəedici və Prezidentin atdığı addımların yerlərdə dolğun şəkildə həyata keçirilməsi sahəsində rolu artırılmalıdır”.

Nemət


Müəllif:

Oxşar xəbərlər