15 Mart 2016 20:33
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən də hökumətin hesabatına səs verəcəyəm”.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva parlamentdə çıxışı zamanı bildirib. Millət vəkili seçicisi olduğu Tovuz rayonunun sosial problemlərindən də bəhs edib: “Əhalisi 20 mindən çox olan 5 kənd içməli suyu pulla alır. Sadəcə 4-5 kubmetr boru ilə bu problemi həll etmək olar. Çünki cənab Prezidentin göstərişi ilə Tovuza yeni su xətti çəkilib. İnsanlar bu problemin həll ediləcəyinə böyük ümidlə baxır”.

Q.Paşayevə əlavə edib ki, Tovuz rayonu cəbhə xəttində yerləşir, ancaq burada qazlaşma problemi var: “Kəndlər qazlaşdırılır, amma bir kənd qalır. Orada Ermənistandan gələn qaçqınlar yaşayır. Bu kəndin ətrafında olan kəndlərin hamısında qazlaşdırma aparılıb. İnsanlar qeyd edirlər ki, qazı çəkib kəndə gətirsinlər, biz özümüz xərc çəkib mənzillərə çəkərik. İnanın ki, mən qış fəslində əmək haqqımın 30 faizini bu kənddə yaşayan və çox pis durumda olan insanlara verirəm. Özüm də bununla bağlı “Azəriqaz”ın rəhbərliyi ilə dəfələrlə görüşmüşəm. Cənab baş nazirdən xahiş edirəm ki, bu məsələni nəzarətinə götürsün”.

Nemət


Müəllif:

Oxşar xəbərlər