17 Mart 2016 16:56
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunmasını bayram öncəsi yaxşı xəbər hesab edirəm”.

Bu sözləri Publika.az-a açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.


O, bildirib ki, belə bir sərəncamın imzalanmasına çox sevinib: “Məhbusların azadlığa buraxılması bütövlükdə Azərbaycanın maraqlarına uyğun hadisə oldu. Çox istərdim, digər şəxslər də azadlığa buraxılsınlar. Bununla belə adı əfv siyahısında olan məhbusların azadlığa çıxmasını müsbət qiymətləndirirəm”.

O, qeyd edib ki, əfv sərəncamının imzalanması məhbus ailələri üçün xoş xəbərdir: “Bu, məhbusların ailələri, onların dostları və kollektivləri üçün müsbət xəbərdir. Onların azadlığa buraxılmaları eyni zamanda respublikamızın milli maraqlarına, mənafeyinə də uyğundur”.


Müəllif:

Oxşar xəbərlər