Azərbaycan Prezident İlham Əliyev Yunanıstanın milli bayramı - Müstəqillik günü münasibət ilə bu ölkənin dövlət başçısı Prokopis Pavlopulosu təbrik edib.
Teleqraf.com-un məlumatına görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı, əməkdaşlığımızın genişlənməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".