31 Mart 2016 14:54
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avropa Hərəkatı Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı əfv fərmanını təqdir etdiyini bəyan edib.

Hərəkatdan Teleqraf.com-a daxil olan məlumatda vurğulanır ki, məhbusların, o cümlədən vətəndaş cəmiyyəti fəalları və hüquq müdafiəçilərinin azad olunması ölkədə bayram əhval-ruhiyyəsi yaradıb: “Bu addım vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən çox yüksək qiymətləndirilir.

Ali Məhkəmənin qərarı ilə jurnalist Rauf Mirqədirov və hüquq müdafiəçisi İntiqam Əliyevin azadlığa çıxması hakimiyyət və vətəndaş cəmiyyəti nümayəndələrinin dialoqunun nəticəsidir və gələcək dialoqun dərinləşməsinə xidmət etdiyinin nümayişidir. Eyni zamanda, artıq hesablarına həbs qoyulmuş təşkilatlarının bir neçəsinin hesablarının açılması, onların bağladıqları qrant müqavilələrinin qeydiyyatına başlanması da irəliyə atılmış müsbət addım kimi qiymətləndirilir və Azərbaycan Avropa Hərəkatı olaraq bütün bunları təqdir edirik”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər