2 Aprel 2016 20:31
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı qarşıdurmaya öz münasibətini açıqlayıb.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan çıxışı zamanı söyləyib ki, əgər ATƏT-in Minsk qrupu ədalətli və qəti şəkildə münaqişənin sülh yolu ilə həlli üçün nəticə əldə etsəydi, bugünkü toqquşmalar olmazdı: “Çox təəssüf ki, illərdir Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ bölgəsindəki münaqişəyə laqeyd yanaşması bizi bu cür mənzərə ilə qarşı-qarşıya qoydu. Əgər Minsk qrupunun həmsədr dövlətləri ədalətli və qəti şəkildə nəticə hasil edən addımlar atsaydılar, vəziyyət bu yerə gəlməzdi”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər