Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “üçlük” formatının dəyişilməsinin əleyhinədir və onların rolunu pozmaq cəhdlərinin səmərəsiz olduğunu hesab edir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.
“ATƏT və BMT TŞ-nin qərarlarında təsdiqini tapmış Üçlük formatı ən təsirlisidir və korrektəyə ehtiyacı yoxdur. Hesab edirəm ki, mürəkkəb nizamlanma proseslərini daha da çətinləşdirəcək bu cəhdlər tamamilə səmərəsizdir”, - deyə diplomat bildirib.
“Əminik ki, kompromisli qərarın irəliləməsində ATƏT-in+Minsk+Qrupu">ATƏT-in Minsk Qrupunun həmsədrlərinin köməyinə gərək var. Vasitəçi səylərin səmərəliliyi isə, hər şeydən əvvəl, münaqişə tərəflərinin özlərindən, masa arxasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail olmaq üçün onlarda siyasi iradənin olmasından asılıdır”, - deyə Lukaşeviç bildirib.
O, əlavə edib ki, gücdən istifadə sülh dialoquna istənilən halda alternativ ola bilməz.