6 Aprel 2016 18:08
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Ştefan Şennaxın Azərbaycana səfəri çərçivəsində QHT-lərlə görüşündə cəbhə xəttində baş verən silahlı toqquşma ətrafında müzakirə aparılmayıb.

Bu haqda Teleqraf.com-a hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib. Onun sözlərinə görə, görüşdə Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olanda üzərində götürdüyü öhdəliklər ətrafında müzakirələr gedib:

“Stefan Şennax bizdən öncə Azərbaycan Prezidenti ilə görüşmüşdü və bizə dedi ki, cəbhə xəttində baş verən hadisələrlə bağlı Azərbaycan Prezidenti ilə danışıb və ondan məlumat alıb. Ona görə də başqa aspektlərə, insan hüquqları, bələdiyyələrin vəziyyəti, qadın və uşaq haqları və öhdəliklərin yerinə yetirilməsi ilə bağlı fikir mübadiləsi apardıq. 5 il ərzində həmmurəzçi kimi işlədiyi dövrdə Ştefan Şennaxla birgə çalışacağıq”.

Hüquq müdafiəçisi xatırladıb ki, Stefan Şennax bundan öncə müxtəlif monitorinqlər çərçivəsində 7 dəfə Bakıda olsa da, o, ilk dəfə idi ki, məruzəçi qismində Azərbaycana səfər edirdi.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər