8 Aprel 2016 01:38
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 7-də ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupun həmsədri, Tennesi ştatından seçilmiş demokrat konqresmen Stiv Kohen Ermənistanın Azərbaycana qarşı hərbi aqressiyasını tənqid edən bəyanatla çıxış edib.

Bəyanatda Azərbaycan və Ermənistan arasında bu yaxınlarda əldə edilmiş atəşkəs razılaşmasının alqışlandığı bildirilir. Buna baxmayaraq, konqresmen S.Kohen Ermənistanın Azərbaycan tərəfinin zorakılığın dayandırılması məqsədi ilə ötən bazar günü irəli sürdüyü atəşkəs təklifini dərhal müsbət cavablandırmamasının və hərbi əməliyyatları davam etdirməsinin təəssüf doğurduğunu ifadə edib.

Sonda konqresmen Ermənistandan əldə edilmiş atəşkəs razılığına sadiq olmağı və uzun müddət davam edən bu münaqişənin həll edilməsi üçün ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycanla əməkdaşlığı tələb edib.

Bəyanatın ingilis dilində olan mətni ilə aşağıdakı internet səhifəsində tanış olmaq olar:

https://cohen.house.gov/press-release/congressman-cohen%E2%80%99s-statement-armenia%E2%80%99s-military-aggression-against-azerbaijan


Müəllif:

Oxşar xəbərlər