16 İyun 2014 12:50
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da naməlum əsgərin məzarını ziyarət edib. Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoyub.

Hərbi orkestrin ifasında Azərbaycanın və Yunanıstanın dövlət himnləri səsləndirilib.

Qeyd edək ki, dövlət başçısının Yunanıstana səfəri ötən gün başlayıb. İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Afina Akropolunda olublar.


Müəllif: