11 Aprel 2016 15:54
1 651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı polis tərəfindən saxlanılıb. 

 

Teleqraf.com xəbər verir ki, N.Pənahlının AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında keçirilən aksiyaya etiraz etməsi aksiya iştirakçıları ilə arasında mübahisəyə səbəb olub. 


O, yaşadığı bina qarşısında keçirilən aksiyanın onun rahatlığını pozduğunu bildirib və aksiya iştirakçılarından tədbiri dayandırmağı tələb edib. 


Nəticədə mübahisə yaşanıb. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları onu saxlayıb. 

 

Daxili İşlər Nazirliyindən bildiriblər ki, Nemət Pənahlıya xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

 

Qeyd edək ki, bu gün AXCP sədri Əli Kərimlinin yaşadığı evin qarşısında növbəti etiraz aksiyası keçirilib. Bir qrup gənc Ə.Kərimlinin cəbhədə baş verən son döyüşlərlə bağlı səsləndirdiyi fikirlərə etiraz edib, Ermənistan mətbuatının bu fikirlərə istinad etməsini pisləyib.

 

Kəmalə 


Müəllif:

Oxşar xəbərlər