Milli Məclisin deputatı, AŞPA-dakı nümayəndə heyətimizin üzvü Sahibə Qafarova qurumun tədbirlərində iştirak etmək üçün aprelin 12-dən 23-dək səfərdə olacaq.
Teleqraf.com xəbər verir ki, deputat öncə Hollandiyanın Haaqa şəhərində keçiriləcək AŞPA-nın İstanbul Konvensiyası üzrə regional konfransa qatılacaq. Qadınlara qarşı zorakılıq əleyhinə parlament şəbəkəsinin bu tədbirini Niderland Krallığı Senatının spikeri xanım Anki Brokers-Knol və Qadınlara qarşı zorakılığın önlənməsi üzrə Avropa Şurası Parlament Assambleyasının baş məruzəçisi Sahibə Qafarova açacaqlar.
Konfransda deputatımızın moderatorluğu ilə İstanbul Konvensiyasının həyata keçirilməsinə dair monitorinq prosesinin müzakirəsi olacaq, daha sonra İstanbul Konvensiyasının üzv dövlətlərin milli qanunvericiliyi ilə uzlaşdırılması və digər məsələlərə baxılacaq.
Sonra Sahibə Qafarova Fransanın Strasburq şəhərində AŞPA-nın yaz sessiyasında iştirak edəcək. Deputatımız qurumun Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri kimi AŞPA-nın Büro iclasına və Daimi komitənin iclasına qatılacaq.
Nemət