ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonq aprelin 14-15-də Azərbaycanda səfərdə olacaq.
ABŞ-ın Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, K.Tonq Dövlət Departamentinin qlobal iqtisadi səylərinə dəstək verərək, ABŞ-ın tərəfdaşları ilə ticarət, maliyyə, telekommunikasiya, nəqliyyat, iqtisadi sanksiyalar, kommersiya imkanları və digər məsələləri müzakirə edəcək.
Qeyd olunub ki, K.Tonq Azərbaycan hökuməti rəsmiləri, Azərbaycan və Amerika biznes nümayəndələri, azərbaycanlı tələbələrlə görüşərək Azərbaycanda iqtisadi vəziyyət, islahatlar və iqtisadiyyatın diversifikasiyası sahəsində aparılan işlərlə tanış olacaq: “O, həmçinin ABŞ-ın Azərbaycanın iqtisadi inkişafına dəstəyinin təkmilləşdirilməsi imkanlarını da müzakirə edəcək. Kurt Tonq bu vəzifədə 2014-cü ilin iyulundan çalışır və Azərbaycana ilk dəfə səfər edir”.
Səxavət