19 Aprel 2016 15:15
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı qarşıdurma bir daha status-kvonun davam edə bilməyəcəyini göstərdi”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Türkiyənin baş naziri Əhməd Davudoğlu AŞPA-nın yaz sessiyasındakı çıxışı zamanı deyib.

O qeyd edib ki, təmas xəttində Ermənistanın Azərbaycana qarşı yönəltdiyi genişmiqyaslı hücum nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulub: “Bu isə xeyli sayda əsgər və mülki vətəndaşın həlak olmasına səbəb oldu. ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı silahlı təxribata son verməsi üçün xəbərdar etməlidir. Azərbaycanın işğal altındakı torpaqları azad edilənədək Türkiyə Azərbaycana dəstəyini davam etdirəcək”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər