19 Aprel 2016 16:22
1 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pakistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir, bundan sonra da dəstəkləyəcək”.

Bu fikirləri Teleqraf.com saytının əməkdaşları ilə görüşündə Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xalid Osman Qeysər deyib.

Xalid Osman Qeysər bildirib ki, iki ölkə arasında dostluq və qardaşlıq əlaqələri mövcuddur. Diplomat Pakistanla Azərbaycan arasındakı isti münasibətlərin hər zaman davam edəcəyini vurğulayıb.

Səfir aprelin 2-dən 5-dək Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən gərginlikdən narahatlıq duyduğunu qeyd edib.

O vurğulayıb ki, aprelin 2-də gecə saatlarında silahlı qarşıdurma haqda məlumat alandan dərhal sonra bu barədə İslamabada xəbər göndərib və Pakistan rəsmi şəkildə Azərbaycana öz dəstəyini ifadə edib.

Teleqraf.com-un əməkdaşları öz növbəsində cənab səfir Xalid Osman Qeysərə ölkəsi adından verilən dəstəyə görə təşəkkür edib, Pakistan-Azərbaycan münasibətlərinin inkişafı üçün hər zaman media dəstəyi verməyə hazır olduqlarını bildiriblər.

Səfir Xalid Osman Qeysərlə geniş müsahibəni tezliklə Teleqraf.com saytında oxuya bilərsiniz.


Müəllif: