20 Aprel 2016 22:35
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞ PA prezidenti Pedro Aqramunt ilə bu gün keçirilən görüşünün təfərrüatlarını açıqlayıb.

S.Seyidov Trend-ə bildirib ki, çox səmərəli və faydalı bir görüş keçirildi: "Bu görüşdə əvvəlcə Azərbaycanla Avropa Şurası arasında münasibətlərin gələcək perspektivləri haqqında fikir mübadiləsi aparıldı. Ən əsası, Azərbaycan nümayəndə heyəti olaraq, AŞ PA prezidentinə cəbhə xəttində baş verən son hadisələrlə bağlı ətraflı, geniş, faktlarla, bütün lazımi materiallarla, sənədlərlə, şəkillərlə məlumat verdik və izah etdik".

Onun sözlərinə görə, Ermənistan sessiya ərzində çalışır ki, müxtəlif yalan, həqiqətə uyğun olmayan məsələləri təqdim etsin, yaysın: "Ancaq bunun heç bir xeyri yoxdur. Ermənilər nə qədər yalan danışsalar da, bizim əlimizdə faktlar, sənədlər var. Ona görə də AŞ PA prezidenti ilə görüşün ən əsas məqamları ondan ibarət idi ki, biz xahiş etdik ki, bizi diqqətlə dinləsinlər və bütün bu həqiqətləri, erməni hərbi qüvvələrinin Azərbaycana qarşı təxribatı ilə bağlı məsələləri AŞ PA rəhbərliyinin diqqətinə çatdırdıq".

S.Seyidov deyib ki, AŞ PA prezidenti öz tərəfindən Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin gələcəkdə Avropa Şurasında görüşməsi haqqında ehtimalı ortaya qoydu: "Mən tam səmimi deyirəm ki, biz heç vaxt buna yox deməmişik. Biz həmişə konstruktiv dialoqa və bu problemin sülh yolu ilə həll olunmasına çağırış etmişik. Biz heç bir danışıqdan qaçmamışıq, əksinə, bu danışıqların nəticəsində vəziyyətin dəyişməsi bizim proritetimizdir. Ermənilər isə danışıqdan qaçırlar, onların məqsədi status-kvonu saxlamaq, qeyri-ciddi və düzgün olmayan məlumatları yaymaqdır".


Müəllif:

Oxşar xəbərlər