"BMT baş katibi Pan Gi Mun Qarabağ münaqişəsinə dair suallardan çəkindiyi üçün Bakı və İrəvan səfərlərindən imtina edib".
Bu barədə politoloq Elxan Şahinoğlu BMT baş katibi Pan Gi Mununaprelin sonunda Cənubi Qafqaz regionuna – Azərbaycana və Ermənistana planlaşdırılan səfəri təxirə salmasına münasibət bildirərkən qeyd edib.
"Səfərin təxirə salınmasını baş katibin hansısa “təcili səbəblər”lə əlaqələndiriblər. Məncə, bu bəhanədir. BMT baş katibinin Bakıda Sivilizasiyalar Alyansının 7-ci qlobal forumunda iştirakı ötən ildən planlaşdırılmışdı. Məncə, “təcili səbəb” cəbhə bölgəsində 2-6 aprel döyüşləri ilə bağlıdır. Görünür, BMT baş katibi Bakıda ona verilə biləcək suallara cavab verməyə hazır deyil. Məsələn, o, “BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı 20 il əvvəl qəbul olunan 4 qətnaməsi niyə yerinə yetirilmir” sualına cavabında nə deyə bilər ki? Ona görə də böyük ehtimalla BMT baş katibinin Bakıdakı forum iştirakçılarına video müraciəti yayınlanacaq.BMT baş katibinin Bakıya səfərinin təxirə salınması bir daha onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində bu təşkilatdan real addımlar gözləməyə dəyməz. Ancaq elə BMT-nin 4 qətnaməsi işğala son qoymaq üçün bizə geniş fəaliyyət imkanı verir".
Ayxan