Bu gün “Azadlıq” Partiyaların Siyasi Əməkdaşlıq Mərkəzinin növbəti iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
Əməkdaşlıq Mərkəzi Milli Ordumuzu qeyd-şərtsiz müdafiə etdiyini, hakimiyyətin Qarabağın azad olunması istiqamətində atacağı bütün addımları dəstəklədiyini bildirib.
Həmçinin aprelin 5-də Moskvada imzalanmış atəşkəs sazişinin detalları haqda bilgi verilməsini məqbul hesab edib.
Qurum müxalifətdə təmsil olunan bütün siyasi qüvvələrin fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı yeni təşəbbüslə çıxış edib.
Nemət