27 Aprel 2016 10:52
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Oqtay Əsədov BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Oqtay Əsədov ölkələrimiz arasındakı əlaqələrdən danışıb, bu əlaqələrin inkişafında dövlət başçılarımızın rolunu xüsusi vurğulayıb. Sədr bildirdi ki, ölkəmiz Qazaxıstanla münasibətlərin möhkəmlənməsinə böyük əhəmiyyət verir. İki ölkə arasında əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Sədr hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən parlamentlərarası işçi qruplarının fəaliyyətini yüksək qiymətləndirdi.

Səmimi qəbul üçün təşəkkürünü bildirən Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayev Prezident İlham Əliyevlə keçirdiyi görüşdən və Azərbaycanda olmaqdan məmnunluğunu ifadə etdi. Bildirdi ki, Qazaxıstan Azərbaycanla bütün sahələrdə, o cümlədən siyasi sahədə münasibətlərin həmişə yüksək səviyyədə olmasına böyük önəm verir.

Nemət


Müəllif:

Oxşar xəbərlər