27 Aprel 2016 17:04
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzinin hər həftənin çərşənbə günü keçirilən ənənəvi toplantısı təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, son günlər adı çəkilən mərkəzin həftəlik ənənəvi tədbiri keçirilmir.

Mərkəzdə təmsil olunan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev faktı təsdiq edib.

Bildirib ki, artıq “Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzinin hər həftənin çərşənbə günü keçirilən ənənəvi toplantıları təxirə salınıb: “Bundan sonra iclaslarımız cümə günü keçiriləcək. İclasların yerinin dəyişməsi sırf texniki xarakterlidir. Bundan başqa nəticələr çıxarmağa dəyməz. Ötən həftənin cümə günü toplantımız keçirilib və bu həftə də keçiriləcək”.

Qeyd edək ki, “Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzində Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Vətəndaş və İnkişaf Partiyası (VİP), Aydınlar Partiyası, Azadlıq Partiyası və Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) təmsil olunur.

Nemət


Müəllif:

Oxşar xəbərlər