Qazaxıstan parlamentinin deputatı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadəyə məktub ünvanlayıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə A.Mirzəzadə sosial şəbəkədə məlumat yayıb: “Aprel ayının əvvəlində Qazaxıstan Respublikası VI çağırış Məclisinə (parlamentin aşağı palatası) ilk dəfə olaraq deputat seçilən azərbaycanlı millətindən olan Məhərrəm Məmməd oğlu Məhərrəmova bu münasibətlə təbrik məktubu göndərdim, fəaliyyətində uğurlar arzu edərək onu Azərbaycana səfərə dəvət etdim.
Bu gün ondan cavab məktubu gəldi və o, təbrikə görə təşəkkür edərək, parlamentlərarası əlaqələrin möhkəmlənməsində maraqlı olduğunu bildirdi”.
Səxavət