29 Aprel 2016 12:21
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir neçə gün əvvəl Bakıda Sivilizasiyalar Alyansının VII Konfrasının keçirilməsi Azərbaycanı sülhsevər ölkə olaraq tanıtdı. Prezidentin apardığı bu xətt ölkənin nüfuzunu və imicini gücləndirir. Bunu bütün dünya görür. Dünya həm də onu gördü ki, işğalı davam etdirən psixopat Sərkisyan və erməni cəmiyyəti var”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Fəzail Ağamalı deyib.

O, bildirib ki, ermənilər Azərbaycanın mülki əhalisini, yaşayış məkanlarını hədəfə alır: “Bu, beynəlxalq konvensiyalara zidd addımlardır. Hesab edirəm ki, Azərbaycan bununla bağlı beynəlxalq məhkəməyə üz tutmalı, Ermənistana ultimatum verməlidir. Əgər bunun nəticəsi olmayacaqsa, Azərbaycan ordusu reginounun təhlükəsizliyini təmin etmək üçün addımlar atmalıdır”.

Nemət


Müəllif:

Oxşar xəbərlər