29 Aprel 2016 12:56
2 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın mövqeyini müdafiə etməməyim üçün Rusiya telekanallarının rəhbərləri dəfələrlə mənə xəbərdarlıq ediblər. Aprelin ilk günlərində Azərbaycan və Ermənistan arasında müharibə başlayanda məni televiziyalara çağırmağa başladılar. Lakin xəbərdarlıq etdilər ki, çıxışımda Azərbaycanın mövqeyini müdafiə etməyim. Bunu onunla əsaslandırdılar ki, guya mən Azərbaycanı yox, Türkiyəni təmsil edən jurnalist kimi ora dəvət olunmuşam”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “İhlas” xəbər agentliyinin Moskva bürosunun keçmiş əməkdaşı Fuad Abbasov Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

F. Abbasov qeyd edib ki, Azərbaycanın mövqeyini müdafiə edən Rusiya politoloqları da efirə buraxılmırlar: “Məsələn, Oleq Kuznetsov Azərbaycanın mövqeyini müdafiə edir və həqiqəti deyir, ona görə də efirə buraxılmır".


F. Abbasov işdən kənarlaşdırılmasının səbəb ki, erməni diasporunun fəaliyyətini göstərib: "Erməni lobbisi mənim Azərbaycanın mövqeyini müdafiə etməyimdən əsəbiləşərək, agentliyin direktorundan işdən kənarlaşdırılmağımı xahiş edib. Bundan sonrakı əsas fəaliyyətim Rusiyada Azərbaycana qarşı informasiya blokadasını yarmaq olacaq. Mən öz dövlətimdən dəstək gözləyirəm”.


Müəllif:

Oxşar xəbərlər