Müsavat Partiyasının sabit üzvü, Elbəyi Həsənli Müsavat lideri İsa Qəmbərin partiya başqanı Arif Hacılını tərifləməsinə tənqidi münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, uzun illər mediada bu partiyanı təbliğ edən jurnalist Elbəyi Həsənli özünün feysbuk səhifəsində qeyd edib ki, Arif Hacılının başqan seçilməsindən sonra Müsavatda çöküş başlayıb. Onun fikrincə, bu, hər kəsə aydın olsa da, partiya lideri İsa Qəmbər bunu görmək istəmir: "Eks-başqan yeni başqanın başına sığal çəkib: “Arif Hacılı özünün təcrübəli və peşəkar siyasətçi olduğunu bir daha sübut elədi”. Bunu kor da görür ki, Arif Hacılı Müsavat Partiyasının başqanı olandan bu təşkilat xaraba qalıb. Xalq arasında olan nüfuzunun ən azı yarısını itirib. Ana müxalifət statusu ilə biabırçı şəkildə vidalaşıb. Partiyanın az qala bütün elitası təşkilatı tərk edib. Onların da yerinə siyasətdən bixəbər, xalq arasında elə bir nüfuzu olmayan şəxslər təyin olunub. Bəli, kor bunu görür. Amma İsa Qəmbər görmür".
Kəmalə