"Qeyrət qalamız Şuşanın və digər rayonlarımızın işğaldan azad olunacağı gün uzaqda deyil".
Teleqraf.com-un məlumatına görə, bu fikirləri deputat Adil Əliyev söyləyib.
Onun sözlərinə görə, təəssüf ki, daxili və siyasi səbəblərdən qədim yurdumuz olan Şuşa Ermənistan tərəfindən işğal olundu: "Şuşanın işğalı, digər rayonların işğalına şərait yaratdı. O, zaman indi kimi nizami və güclü ordumuz mövcüd deyildi. Allah haqq mübarimizdə bizi utandırmasın".
Qeyd edək ki, bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 24 il ötür.