Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlar Sevinc Hüseynova və Sədaqət Vəliyeva Türkiyənin paytaxtı Ankaraya səfər edib.
Teleqraf.com xəbər verir ki, millət vəkilləri Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Başqanlığı tərəfindən təşkil olunan tədbirdə iştirak edəcəklər.
Yığıncaqda səhiyyə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, əhalinin sosial müdafiəsi istiqamətində görülən işlər, ailə institutunun və dəyərlərinin qorunması məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Nemət