18 May 2016 01:35
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran və Bakı arasında ikitərəfli münasibətlərin inkişafına yeni təkan lazımdır.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Azərbaycanın bu ölkədəki yeni səfiri Bunyad Hüseynovla görüşündə deyib.

Onun sözlərinə görə, sanksiyaların ləğvindən sonra iki ölkə arasında əməkdaşlığın inkişafı üçün İranın imkanlarından istifadə etmək lazımdır: "Tehran və Bakı münasibətlərinin yaxşılaşdırılmasına təsir edə biləcək çox sayda layihə və saziş var".

Öz növbəsində, azərbaycanlı diplomat İranla dostluq münasibətlərinə inamını ifadə edib. Onun fikrincə, ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq qonşuluq siyasətinin güclənməsinə yardım edir.

Samir


Müəllif:

Oxşar xəbərlər