18 May 2016 00:20
2 934
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Görünən odur ki, bizim hamımız çox qısa məsafəli, taktiki hədəflərə və detallara yönəlik düşünürük. Şəxsən mənə görə bu danışıqlarda alınacaq hansısa nəticə cüzi taktiki dəyişiklik ola bilər və olmalıdır. Mənə görə bütövlükdə Qarabağın qayıtması belə tam strateji hədəf deyil, mənə görə strateji hədəf daha böyükdü. Mən hesab edirəm ki, bizim qarşımızda olmalı olan strateji hədəf Ermənistanın bir layihə dövlət kimi tamamilə sıradan çıxarılması və iflas etdirilməsidir, fiziki olaraq qalacaqsa belə dünya və region üçün əhəmiyyətsiz bir yerə çevrilməsidir”.

Teleqraf.com xəbər verir ki, bunu Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin məsləhətçi eksperti Fuad Çıraqov prezidentlərin Vyanadakı görüşünü şərh edərkən bildirib.

SAM eksperti hesab edir ki, Vyanada Qarabağ danışıqları bitər bitməz Rusiya XİN-nin “ümidverən” çıxışından təsirlənən azərbaycanlı, rus şərhçiləri, siyasətçiləri, hətta Tomas de Vall kimi şəxslər mövcud status kvoda hansısa ciddi dəyişikliyin olması barədə şərhlər verməyə başladılar: "Kimlərsə şərhlərində hansısa rayonları qaytardı, kimlərsə bölgəyə sülhməramlıları gətirdi. Bu cür danışıqlardan çox olub bir az səbr edin, icazə verin bir müddət keçsin hər şey aydınlaşacaq. Aprel döyüşlərindən sonra böyük dövlətlər ən azından öz imiclərini saxlamaq üçün başqa nə deməli və etməliydilər ki? Səbr edin. Onu da deyim ki, mən səbr deyəndə həmişə ingilis dilində olan Çin fəlsəfəsindən gələn strateji səbri (strategic patience) nəzərdə tuturam. Görünən odur ki, bizim hamımız çox qısa məsafəli, taktiki hədəflərə və detallara yönəlik düşünürük. Şəxsən mənə görə bu danışıqlarda alınacaq hansısa nəticə cüzi taktiki dəyişiklik ola bilər və olmalıdır. Mənə görə bütövlükdə Qarabağın qayıtması belə tam strateji hədəf deyil, mənə görə strateji hədəf daha böyükdü. Mən hesab edirəm ki, bizim qarşımızda olmalı olan strateji hədəf Ermənistanın bir layihə dövlət kimi tamamilə sıradan çıxarılması və iflas etdirilməsidir, fiziki olaraq qalacaqsa belə dünya və region üçün əhəmiyyətsiz bir yerə çevrilməsidir. Mən əsla Ermənistan ərazilərinin fiziki işğalı və tutulması fikirləri demirəm. Çox istərəm ki, elə bir səviyyəyə çataq ki, dediyim Ermənistanın sıradan çıxarılması belə kiçi görünən taktiki hədəfə çevrilsin".

Ekspertə görə, Bakı mərkəz olmaqla 1000-1500 km diametr bütün ətrafda yumşaq və sərt gücümüzü proyeksiya (power projection) etmək səviyyəsinə çatmayana qədər bizə rahatlıq olmayacaq və bu coğrafiyada sülh də olmayacaq: "Bunun üçün ümumi daxili məhsulun azı 4-5 dəfə artırılması, əhalinin 20-25 milyona çatdırılması, dünyanın ən yaxşı universitetlərinə və elm mərkəzlərinə sahib olmaq lazımdırsa canımız çıxsa da nail olmalıyıq. Əks halda güc proyeksiya edən mərkəz yox, uzun əsrlərdə olduğu kimi başqalarının proyeksiya edilən əraziləri olaraq qalacağıq, hərəkətlərimiz və istəklərimiz çərçivlərdən kənara çıxa bilməyəcəyək. Ermənistana gəldikdə. Ermənilər də, yəhudilər kimi 2000 il öz dövlətlərinə sahib olmayan xalq idi. Lakin hələlik görünən odur ki, ermənilər yəhudilər tarixin onlara verdiyi şansdan istifadə edə bilmədilər. Ermənilər fərd olaraq çox istedadlı insanlar olsalar da, dünyanın ayrı ayrı ölkələrində hətta müsəlman ərəb dünyasında saylarının az olmasına baxmayaraq, böyük nüfuz və güc sahiblərinə çevrilə bilirlər. Lakin fərdi uğurlarını və istedadlarını Ermənistanı çiçəklənən qabaqcıl dövlətə çevrilməsi üçün istifadə edə bilmədilər. Bunun bir sıra səbəbləri var. Birincisi, etnik dini şovonizmləri o qədər radikal oldu ki, regionun demək olar ki, bütün xalqları ilə açıq gizli düşmən səviyyəsinə çıxdı və təkləndilər. İkincisi, özlərinin talelərini, iqtisadiyyatlarını və siyasətlərini tam Rusiyaya bağladılar və təslim etdilər. Rusiyanın hazırda proqress mərkəzi olmaqdan çoxdan çıxdığı heç kimə sirr deyil. Ermənistanın hazırda bütün ağıllı siyasi qüvvələri bunu yaxşı anlayır və ölkələrini Rusiyanın təsirindən qurtarmağa çalışır. Üçüncüsü, Qarabağ müharibəsinin uğurları onları həm daha çox özlərindən razı saldı həm də daha çox barışmaz və radikal etdi.

Bir dəfə Aprel müharibəsində uğurumuzun erməniləri qəflətdən oyadaraq mobilizasiya edə bilməsinin bizim üçün hansı təhlükələr doğura biləcəyi barədə yazmışdım. Qeyd etmişdim ki, çıxılmazlıq, resurslarının məhdudluğu onları maksimum dərəcədə daha effektiv olmağa, sağ qalmaq və bizə zərbə vurmaq üçün bütün resurlarını, ağlınıza gələn və gəlməyən bütün vasitələri səfərbər etməyə məcbur edəcəkdir".

Fuad Çıraqov qeyd edir ki, o, heç vaxt ermənilərdən qorxmayıb: "Məsələn, mən bizə patoloji nifrət edən Köçəryan və Sarkisyandan deyil, ağıllı və gələcəyi görə bilən hələ 1998-ci ildə Ermənistanı kompromisə çağıraraq Azərbaycanla barışmağa çağıran Ter-Petrosyandan qorxmuşam. Məsələn, mən bizimlə dolma-düşbərə davası edən deqredasiya olmuş erməniləri görəndə sevinmişəm. Məsələn, erməni liderlərinin bizə qarşı nüvə silahından istifadə etmək kimi paranoid bəyanatlar verməsini eşidəndə sevinirəm. Məni ən çox qorxudan isə başqa bir şeydi: ermənilərin barışmaz, qatı, kinli xisləti ilə ağlının simbiozunda, hisslərin deyil, ağılın önə keçərək, lakomotiv olmasıdı. Məni ermənilərin nə qədər tanka sahib olmaları deyil, gələcəyə hesablanmış ağıllı və ümidli fikirləri və layihələridir. Məsələn, bu günlərdə alternativ enerji ilə bağlı qanunvericiliyə ediən dəyişiklik kimi ( http://www.minenergy.am/en/article/597 ). Bu qanun layihəsinə dəyişikliklə məsələn fiziki və hüquqi şəxslərə günəş panellərində elektrik enerjisi istehsal edərək dövlətə satmağa icazə verməsi kimi. Və ya Ermənistanda 2027-ci ilə kimi tikilərək istifadəyə verilməsi planlaşdırılan Atom elektrik stansiyasının yeni bloku narahat edir".

Ayxan


Müəllif:

Oxşar xəbərlər