"Mən artıq Borçalıdayam"
Teleqraf.com xəbər verir ki, bunu Müsavat başqanının müavini Tofiq Yaqublu özünün feysbuk səhifəsində yazıb.
T.Yaqublu sərhəddə saxlanılması ilə bağlı ətraflı yazacağını qeyd edib.
***
Sabiq məhbus, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunu Azərbaycan-Gürcüstan sərhədində saxlayıblar.
Bu haqda T.Yaqublunun qızı Nigar Yaqublu musavat.com-a açıqlamasında deyib. Onun sözlərinə görə, gömrük xidməti əməkdaşları ona ölkədən çıxışına “stop” qoyulduğunu bildiriblər: “Halbuki Bakıda bizə deməmişdilər ki, üzərində “stop” var. Bilmirəm ki, bunu hansı qurum edib. Həbsdən əfvlə azad olunduğu üçün bu qadağa da avtomatik aradan götürülməli idi. Ailəlikcə Gürcüstana, doğma kəndimizə gedirdik. İndi bizi buraxırlar, atamı yox”.
N.Yaqublu dedi ki, atası vəkili Nemət Kərimli ilə əlaqə saxlayıb bu məsələni dəqiqləşdirməyə çalışır. Müsahibimiz öz növbəsində ombudsman aparatı, eləcə də müvafiq qurumlarla əlaqə saxlayır: “Bilmək lazımdır ki, konkret hansı qurum “stop” qoyub. Məsələni dəqiqləşdirənə qədər burada olacağıq”.