24 May 2016 15:11
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Azərbaycan-Avstraliya parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti Avstraliyada Azərbaycanın Respublika Gününə həsr olunmuş tədbirdə iştirak etmək üçün bu ölkəyə səfər edib.

Teleqraf.com xəbər verir ki, tədbir Avstraliya-Azərbaycan Dostluq Assosiasiyasının təşəbbüsü ilə keçiriləcək.

Səfər zamanı Milli Məclisin deputatları – dostluq qrupunun sədri Xanlar Fətiyev və Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin də daxil olduğu nümayəndə heyəti Avstraliya Federal Parlamentinin nümayəndələri ilə görüşəcəklər. Görüş zamanı ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, siyasi əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq.

Nemət


Müəllif:

Oxşar xəbərlər