20 İyun 2014 13:10
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci vitse-spiker Ziyafət Əsgərov Milli Məclisdə çıxışı zamanı bəyan edib ki, NATO seminarında Azərbaycan nümayəndə heyətinin əsas məqsədi Dağlıq Qarabağ məsələsini ortaya gətirib əsl həqiqəti üzə çıxarmaq olub:

“Hesab edirəm ki, biz buna nail olduq. İkincisi məsələ Azərbaycan və Atlantika Alyansının bir-birinə nə dərəcədə ehtiyacı olmasını göstərmək idi. Fikrimcə, buna da nail olduq. Üçüncü məqsəd münaqişəli ölkələrdə beynəlxalq hüququn rolu ilə bağlı idi. Amma indi beynəlxalq hüquq böyük dövlətlər üçün əyləncə, kiçik ölkələr üçün isə məhdudiyyətdir. Hesab edirəm ki, bu gün hər bir dövlət özü özünə güvənməlidir. Bizim seminardan çıxardığımız nəticə budur. Bəli, biz sözümüzü deməliyik. Amma həm də dövlət və prezident ətrafında birləşərək problemimizi həll etməliyik. NATO seminarı göstərdi ki, Azərbaycanla NATO arasında münasibətlər nə qədər yüksək səviyyədə olsa da, problemin həlli bizim öz əlimizdədir. Bu gün neftin böyük hissəsi Avropaya gedir, amma bunun qarşılığında biz nə əldə edirik? Bizim çıxışımızdan sonra Metyu Brayza dedi ki, cənab Əsgərov, siz nə istəyirsiniz, istəyirsiniz deyək ki, dünyada ikili standart var? Mən də dedim bəli. Metyu Brayza da bəyan etdi ki, bəli ikili standartlar var və siz bu istiqamətdə işləməlisiniz. Odur ki, mən hesab edirəm ki, prezidentin ətrafında birləşmək lazımdır”.

Nemət


Müəllif: