2 İyun 2016 15:31
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Almaniya “erməni soyqırımı”nı tanıya biləcək sonuncu ölkə olmalıydı. Çünki Osmanlı Türkiyəsinin Birinci Dünya Müharibəsinə qoşulması məhz Almaniyanın təşəbbüsü ilə baş verdi. Nəticədə Osmanlı imperiyası dağıldı, Atatürk olmasaydı, böyük dövlətlər Türkiyəni də müxtəlif hissələrə parçalayacaqdılar. Yəni 100 il əvvəl Osmanlı Türkiyəsində baş verənlərə görə elə birbaşa Almaniya cavabdehdir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Almaniya parlamentinin bu gün qondarma erməni soyqırımını tanıması ilə bağlı qərarına münasibət bildirərkən deyib.

E.Şahinoğlu əlavə edib ki, Almaniya güzgüyə baxmaq əvəzinə tərəfdaşı Türkiyəyə pislik etdi: “İkincisi, Fransadan fərqli olaraq Almaniyada güclü erməni lobbisi də yoxdur ki, deyəsən, Berlin bu lobbinin təsiri ilə “qətnamə”ni qəbul edib. Digər tərəfdən Almaniya parlamenti ölkədə yaşayan 3 milyon türkü görməzlikdən gəldi. Qərb ölkələri tarixçilərin müzakirə etməli olduğu iddianı parlamentlərinə daşıyırlar.

Bəs Almaniya “soyqırımı” qətnaməsini indi niyə qəbul etdi? Axı bir tərəfdən Berlin miqrant məsələsinin həllində Türkiyəyə ehtiyac olduğunu deyir, digər tərəfdən ehtiyac olduğu dövlətə arxadan zərbə vurur. Türkiyənin regional siyasəti Avropa İttifaqını və Almaniyanın maraqlarına cavab vermədiyinə görə Ankaranı bu şəkildə cəzalandırırlar. Almaniyanın bu hərəkəti ATƏT-in hazırki sədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllindəki tərəfsizliyinə də kölgə salacaq. Bu gün Ermənistanın və erməni lobbisinin şad günüdür. Berlin işğalçı Ermənistanı cəsarətləndirdi”.

E.Şahinoğlu onu da əlavə edib ki, Türkiyənin lobbi fəaliyyəti zəifdir: "Almaniyada 3 milyon türkün yaşamasına baxmayaraq, bu ölkə rahatlıqla ermənipərəst qətnamə qəbul edir, üstəlik Almaniyada məktəblər üçün yazılan tarix kitablarına “erməni soyqırımı"yla bağlı bölmə salınacaq. Çünki Almaniyada yaşayan türklərin böyük əksəriyyəti siyası baxımdan fəal deyil, çoxu özü üçün və biznesi üçün yaşayır, əks halda alman deputatlar ermənipərəst qətnamənin qəbulundan öncə ehtiyat etməli, türk seçicilərinin səslərini itirə biləcəklərini düşünməliydilər. Almaniya parlamentinin “erməni soyqrımı” qətnaməsinin qəbulundan əvvəl türklər Bundestaqın qarşısında etiraz mitinqi keçirdilər. Ancaq mitinqə ən çox 10 min nəfər qatılmışdı, Halbuki, Berlin yüzminlərlə türkün etiraz səsini eşitməli idi.

Bəkir


Müəllif:

Oxşar xəbərlər