Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər Almaniya Bundestaqının saxta erməni soyqırımı barədə qətnamə qəbul etməsini ciddi səhv hesab edir.
Teleqraf.com-un məlumatına görə, İsa Qəmbərin fikrincə, bu, həm siyasətin elmə, tarixə qarışması, həm tarixin saxtalaşdırılması, həm də ikitərəfli və çoxtərəfli münasibətlərə xələl gətirən bir addımdır: “Azərbaycan dövləti və xalqı hər zamankı kimi Türkiyəmizin yanında olmalı, bu ədalətsiz qərara etirazını bildirməlidir. Eyni zamanda biz bu yanlış qərarın səbəblərini, motivlərini araşdırmalı, bu səbəb və motivləri də neytralllaşdırmalı və aradan qaldırmağa çalışmalıyıq”.
Nərgiz