8 İyun 2016 19:52
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ADP qərargahında Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseynin sədrliyi ilə Anti-böhran Koalisiyasının növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, toplantıda koalisiya üzvləri LDP, KXCP, Ağ Blok, ADP, AXP, VİP, DKP və “125-lər” Siyasi Klubu iştirak edib. İclasda əvvəlki yığıncaqda qəbul edilən qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə obyekti olub.

Müzakirələr zamanı Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı keçirilən mətbuat konfransında “Dağlıq Qarabağın açarı Rusiyadadır” fikrinin səslənməsi diqqət mərkəzində olub. Anti-böhran Koalisiyası hesab edib ki, Almaniya tərəfinin bu yanaşması başadüşülən deyil.

Həmçinin koalisiya cəbhə xəttində atəşkəs rejiminə əməl etmək məqsədilə ATƏT-in cəbhə xəttində xüsusi müşahidə vasitələrinin yerləşdirilməsi haqqında tərəflərə təqdim edilən sənədin məzmunu barədə fikirlərini bölüşüb.

Cavad


Müəllif:

Oxşar xəbərlər