17 İyun 2016 22:12
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya idmançılarının beynəlxalq yarışlarda iştirakına olan qadağa qüvvədə saxlanılıb. Teleqraf.com xəbər verir ki, Atletika Federasiyalarının Beynəlxalq Assosiasiyası "dövlətin himayəsilə" dopinqin istifadəsində ittiham edilən Rusiya idmançılarını beynəlxalq yarışlardan kənarlaşdırıb.

Ötən həftə Dopinq Əleyhinə Beynəxalq Agentlik (WADA) Rusiyada idmançıları testdən keçirən anti-dopinq qurumunun rəsmilərinə maneələr törədildiyini bildirib. WADA öz hesabatında rəsmilərin təhlükəsizlik xidməti tərəfindən hədələndiyini də qeyd edib.

Bu arada gələn həftə Beynəlxalq Olimpiya Kömitəsi dopinq istifadəsinə aidiyyatı olmayan idmançıların iştirakına icazə verən qərar qəbul edə bilər, BBC jurnalisti Dan Roan öz Twitter hesabında bildirir.

Moskva bundan əvvəl bildirib ki, diskvalifikasiyanın qüvvədə qaldığı təqdirdə Beynəlxalq Olimpiya Komitəsindən "dopinqdən təmiz" çıxan idmançıların yarışlara buraxılmasını istəyəcək.


Müəllif:

Oxşar xəbərlər