17 İyun 2016 22:39
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Avro-2016"da daha iki oyun keçirilir.

Teleqraf.com-un məlumatına görə, D qrupunun ilk görüşündə Çexiya və Xorvatiya yığmaları üz-üzə gəlib.

İlk görüşündə Türkiyə ilə matçdan qalib ayrılan xorvatlar çexləri də məğlub edərək 1/8 finala adını yazdırmağa çalışacaqdı. Ante Çaçiçin komandası 2:0 hesabı ilə öndə olsa da, matçın sonlarında qələbəni əldən veriblər - 2:2.

Qrupun digər oyununda Türkiyə millisi son Avropa çempionu İspaniya ilə görüşəcək. Turnirə uğursuz başlayan Fatih Terimin komandası bu görüşə ən azı bir xal qazanmaq üçün çıxacaq. Belə olan halda, türklərin 1/8 finala vəsiqə qazanmaq şansı qalacaq.

17 iyun

D qrupu

20:00. Çexiya - Xorvatiya - 2:2

Qollar: İvan Perişiç, 37 (0:1), İvvan Rakitiç, 59 (0:2), Milan Şkoda, 76 (1:2), Tomaş Neçid, 90+3-pen (2:2)
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimlər: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Antoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Tasos Sidiropoulos (Yunanıstan)
Sent-Etyen. "Joffrua Qişar" stadionu.

23:00. İspaniya – Türkiyə

Baş hakim: Milorad Maziç
Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Corcyeviç
Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Nitsa. Şəhər stadionu


Müəllif:

Oxşar xəbərlər