"Avro-2016"nın qrup mərhələsinin II turunda Xorvatiya ilə görüşdə (2:2) zədələnən Çexiya millisinin yarımmüdafiəçisi Tomaş Rositskinin durumuna aydınlıq gəlib.
Qol.az-ın turnirin rəsmi saytına istinadən verdiyi məlumata görə, 35 yaşlı futbolçu üçün "Avro-2016" erkən başa çatıb.
Yığmanın həkimləri Rositskinin turnirin qarşıdakı görüşlərində meydana çıxa bilməyəcəyini açıqlayıb.
Qeyd edək ki, Çexiya "Avro-2016"da növbəti matçını Türkiyəyə qarşı oynayacaq.