Almaniya millisinin hücumçusu Tomas Müller yığmadakı problemlərdən danışıb.
Komanda.az xəbər verir ki, forvard Fransanın "Ekip" nəşrinə açıqlamasında millinin hücum xəttində problem olduğunu deyib:
"Hücumda bəzi problemlərimiz var. Bu cəhətdən olan tənqidləri müəyyən mənada haqlı saymaq olar. Öz oyunumdan da o qədər də razı deyiləm. Ancaq biz sakitliyimizi qorumalıyıq.
Daha çox qol vəziyyəti yaratmaq və daha çox qol vurmaq üçün öz üzərimizdə bir az da çalışmalıyıq".
Xatırladaq ki, Almaniya millisi AÇ-2016-nın startından bəri keçirdiyi 2 oyunda 2 qola imza atıb. "Panzerlər" Ukraynaya qarşı ilk oyunun 2:0 hesabıyla qalib gəlsə də, ikinci oyunda Polşayla qolsuz bərabərə qalıb. Hər iki oyunda 90 dəqiqə forma geyinən Müller hələ ki, fərqlənə bilməyib.