İyunun 25-də futbol üzrə XV Avropa çempionatının səkkizdəbir final mərhələsində növbəti oyun keçirilib.
Teleqraf.com xəbər verir ki, ingiltərəli baş hakim Martin Atkinsonun idarə etdiyi görüşdə Uels və Şimali İrlandiya milli komandaları Parisin “Park de Prens” stadionunda qarşılaşıblar.
Oyun 1:0 hesabı ilə Uels komandasının qələbəsi ilə başa çatıb. Uels millisi növbəti mərhələdə Macarıstan-Belçika oyunun qalibi ilə görüşəcək.