Bu gün qadın voleybolçular arasında Avropa Liqasında son oyun keçirilib.
Bakıda keçirilən həlledici turda Faiq Qarayevin yetirmələri rəqibinə heç bir şans verməyib - 3:0.
Bununla da Azərbaycan yığması çempion olaraq tarixində ilk titulunu qazanıb. Yarışın qalibi baş mükafatla yanaşı, Dünya Qran-prisinə vəsiqə də əldə edib.