8 İyul 2016 00:45
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AÇ-2016-da ikinci finalçısı bəlli oldu.

Teleqraf.com xəbər verir ki, bir neçə dəqiqə sonra Almaniya ilə Fransa milliləri qarşılaşıb.

Çempionatın əsas favoritlərindən hesab olunan rəqiblərin yarımfinalda qarşılaşması futbol ictimayyəti arasında bu oyunun erkən final kimi xarakterizə olunmasına səbəb olub.

Ötən mərhələdə İslandiyanı asanlıqla məğlub edən meydan sahibləri turnir ərzində ilk ciddi sınaqlarına çıxacaqlar. Almaniya yığması 1/4 finalda güclü İtaliyaya qalib gələrək iddiasını ortaya qoyub. Didye Deşamı sevindirən məqam futbolçuların oyundan-oyuna əla forma yığması, həmçinin zədəli və cəzalının olmamasıdı.

Amma onun həmkarı Yoahim Löv bu qədər rahat deyil. Çünki Bundestimin heyətlə bağlı kifayət qədər problemi var. Müdafiəçi Mats Hummels cəza, yarımmüdafiəçi Sami Kedira və hücumçu Mario Qomes isə zədə ucbatından meydana çıxmayacaq. Həmçinin Hummelsin alternativi sayılan Benedikt Hövedes, eləcə də əsas kapitan Bastian Şvaynştayger də zədədən əziyyət çəkir. Onların Fransa önündə iştirakı sual altındadı. İstənilən halda, azarkeşlər Fransa - Almaniya matçının timsalında növbəti "erkən final" izləyəcəklər.

Avropa çempionatı

Yarımfinal mərhələsi

7 iyul

23:00. Almaniya - Fransa

Baş hakim: Nikola Ritsoli

Yan xətt hakimləri: Elenito di Liberatore, Mauro Tonolini

Əlavə köməkçi hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)

“Avro-2016”, yarımfinal oyunu

23:00. Almaniya - Fransa - 0:2
Qol:
Qrizman, 45-pen. 72
Baş hakim: Nikola Ritsoli
Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini (İtaliya)
Marsel. Velodrom stadionu

Dördüncü hakim: Damir Skomina (Sloveniya)

Ehtiyat yan xətt hakimi: Yure Praprotnik (Sloveniya)

Hakim-inspektor: Hyuq Dallas (Şotlandiya)

UEFA nümayəndəsi: Roland Ospelt (Lixtenşteyn)

Marsel. "Velodrom" stadionu


Müəllif:

Oxşar xəbərlər