2 Avqust 2016 09:21
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnanıram ki, Azərbaycan xalqını sevindirə biləcəm". Bunu Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Braziliyaya yola düşən Azərbaycan gimnastı Marina Durunda deyib.

M.Durunda bildirib ki, Olimpiya Oyunlarında iştirak etmək hər bir idmançının üzərinə böyük məsuliyyət qoyur:

"Mən ilk dəfədir ki, Olimpiya Oyunlarında iştirak edirəm. Bu oyunlarda iştirak etmək hər bir idmançının arzusudur. Təbii ki, bu cür yarışmada iştirak etmək idmançının üzərinə böyük məsuliyyət qoyur. İdmançı kifayət qədər təcrübəli olmalıdır. Mən inanıram ki, Azərbaycan xalqını sevindirə biləcəm".

Qeyd edək ki, Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları və nümayəndə heyətinin üzvləri bu gecə Braziliyaya yola düşüb.//Trend


Müəllif:

Oxşar xəbərlər