Rioda keçirilən Olimpiya oyunlarında 90 kq.çəkidə çıxış edən Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev 1/4 finala çıxıb.
O, ippon fəndi ilə 1/16-də Rusiya idmançısı Kiril Denisova qalib gəlib, 1/8 final mərhələsində isə o, Braziliya cüdoçusu Tiaqo Kamilyonu məğlub edib.
Onun 1/4-də rəqibi koreyalı idmançı Donqhan Qvak olacaq.
Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.
Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır. Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda - 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı - 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur.
Azərbaycanı Rio Olimpiadasında 7 hakim də təmsil edir - Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbət güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks).