“Barselona”nın qapıçısı Klaudio Bravo “Mançester Siti”yə keçməyə yaxındır.
Çilili qolkiper artıq Mançester klubu ilə şəxsi müqaviləsini razılaşdırıb.
Keçidin rəsmiləşməsi üçün klublar transferin məbləğində razılıq əldə etməlidirlər. “Mançester Siti” Bravoya görə 25 milyon avro ödəməyə hazırdır. Lakin “Barselona” qiyməti artırmağa çalışır.
Qeyd edək ki, 33 yaşlı qapıçının transferini Xosep Qvardiola istəyir. İspan mütəxəssis buna qədər “şəhərlilər”in əsas qapıçısı olan Co Harta qapını etibar etmək fikrində deyil. Təsadüfi deyil ki, dünən Premyer Liqanın ilk turunda “Sanderlend”lə oyunda (2:1) Hart ehtiyatda qalıb.