Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycan güləşçisi Mariya Stadnik final görüşünü keçirib.
Teleqraf.com-un məlumatına görə, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Yaponiya təmsilçisi Tosaka ilə güləşib. Bunadək bütün rəqiblərini vaxtından əvvəl məğlub edən M.Stadnik bu dəfə qələbə qazana bilməyib – 2:3.
Beləliklə, Azərbaycan Rio Olimpiadasında daha bir gümüş medal qazanıb.