19 Avqust 2016 17:11
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Olimpiya çempionu olan ilk SSRİ idmançısı kimi tarixə düşən Nina Ponomaryova vəfat edib.

87 yaşlı udman veteranının ölməsi barədə xəbəri Ümumrusiya Yüngül Atletika Federasiyasının prezidenti Dmitri Şlyaxtin açıqlayıb.


O bildirib ki, Ponomaryovanın dəfni avqustun 22-də baş tutacaq: “Bu mərasimin təşkili ilə MOİK klubu məşğul olur. Federasiya isə lazım olan hər dəstəyi göstərəcək”.


Qeyd edək ki, 1929-cu il aprelin 27-də Sverdlovsk vilayətində anadan olan Ponomaryova əvvəl atletikanın qaçış növləri ilə məşğul olsa da, sonradan disk atmaya keçib. O, Helsinki 1952-də SSRİ üçün Olimpiadalarda ilk qızıl medalı qazanıb. Melburn-1956-da bürünc medalla kifayətlənən atlet Roma-1960-da ikinci dəfə çempionluq sevinci yaşayıb. 8 qat SSRİ çempionu 1966-cı ildə karyerasını bitirərək, məşqçilik fəaliyyətinə başlayıb. (“APA”)


Müəllif:

Oxşar xəbərlər