25 Avqust 2016 16:04
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 25-də UEFA Avropa Liqasında pley-off mərhələsinin növbəti matçları keçiriləcək.

Azərbaycan çempionu “Qarabağ” da turnirdə qrup mərhələsinə yüksəlmək üçün mübarizə aparacaq.

Təmsilçimiz səfərdə minimal hesabla (0:1) məğlub olduğu “Höteborq”la bu dəfə Bakıda üz-üzə gələcək.

Qurban Qurbanovun yetirmələri ardıcıl iki il əldə etdikləri uğuru bu dəfə də təkrarlamağa çalışacaqlar. Son iki mövsümdə olduğu kimi, bu dəfə də UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində dayanan və mübarizəni ikinci dərəcəli turnirdə davam etdirən “Qarabağ” doğma azarkeşlərə qələbə sevinci yaşatmaq istəyir. Təmsilçimizi yalnız iki top fərqi ilə qalibiyyət əsas mərhələyə yüksəldəcək.

“Qarabağ” qələbə qazanarsa, Avropa Liqasında özünün 20-ci, Azərbaycan klublarının isə 50-ci qalibiyyətini rəsmiləşdirə bilər.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Höteborq” oyunu saat 20:30-da başlayacaq.


Müəllif: