28 İyun 2014 10:27
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİFA prezidenti Yozef Blatter Uruqvay millisinin hücumçusu Luis Suaresin İtaliya ilə matçda rəqib oyunçu Corco Kyellinin çiynini dişləməsinə və bu səbəbdən ona kəsilən cəzaya münasibət bildirib.

Qol.Az-ın xəbərinə görə, jurnalistlərə açıqlamasında o qeyd edib ki, Suares futbolçuya yaraşmayan addım atıb: “O, ədəbsiz hərəkət etdi. Cəzaya gəlincə, bu qərar yeddi hakimin də iştirak etdiyi ekspert qrupunun rəyi əsasında qəbul olunub. Görünür, onlar futbolçunun əvvəlki bənzər hərəkətlərini də nəzərə alıblar”.

Xatırladaq ki, FİFA Suaresə millidə doqquz matçda meydana çıxmasına qadağa qoyub. Həmçinin o, dörd ay müddətinə futboldan uzaqlaşdırılıb.


Müəllif: