28 Sentyabr 2016 14:06
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Trabzonspor"la 2020-ci ilin yayına qədər müqaviləm var. Bu müddət inkişaf etməyim üçün kifayət qədər uzundur. Ancaq mən əsas heyətə düşmə müddətini tezləşdirərək həm "Trabzonspor"da daha çox qalmaq, həm də daha çox oynamaq istəyirəm".

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Trabzonspor"un azərbaycanlı futbolçusu Ramil Şeydayev deyib.

Milli komandamızın yeni hücumçusu “Trabzonspor”da gözəl mühitin olduğunu bildirib: "Uğur qazanmaq üçün hamı bir-birinə kömək edir. Əsl ailə ab-havası içindəyik. "Trabzonspor"a keçdiyimə peşman deyiləm. Burada xəyallarımı gerçəkləşdirə bilərəm".

Yazıda qeyd edilir ki, R.Şeydayev klubdakı ətrafına azərbaycanlı olduğunu və ona rus deyilməsini istəmədiyini bildirib.


Müəllif: